6 Sentyabr 2023 11:02
2 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər yenə reallığı düzgün dəyərləndirmirlər, buna görə də yenə itkilərə məruz qalacaqlar”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.

“Ermənilər yenə 2016 və 2020-ci illərdəki səhvlərini təkrarlayırlar. Bu səhvin kökündə Azərbaycanın tarixi inkişafda erməni işğalı ilə barışmadığı, barışmayacağı, Azərbaycan üçün milli suverenliyin əsas milli məqsəd olduğu gerçəyinin qəbul edilməməsi dayanır.

Azərbaycan tarixən öz təbii potensialı ilə Cənubi Qafqazın aparıcı ölkəsi olub, Türk-İslam dünyasında xüsusi mövqeyi ilə seçilib. Ermənilər artıq dəfələrlə şahidi olublar ki, bütün xarici təzyiqlərə baxmayaraq, ilk imkan düşən kimi Azərbaycan öz mövqeyini qaytarmaq, güclənmək imkanındadır.

İndi yenə reallığı düzgün dəyərləndirmirlər, buna görə də yenə itkilərə məruz qalacaqlar. Millətlərin xarakteri böhranlarda aydın şəkildə üzə çıxır, ermənilər bir daha mənfur mahiyyətli olduqlarını göstərirlər. Təəssüf ki, tarixdən öyrənmirlər”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu