14 Sentyabr 2023 11:14
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Aralıq dənizi üzərindən Suriyaya raket zərbələri nəticəsində 2 hərbçinin həlak olduğu, 6-nın isə yaralandığı iddia olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.

İddiaya görə, İsrail raketləri Aralıq dənizi sahilində yerləşən Tartus şəhərindəki hərbi nöqtələri hədəfə alıb. Mənbə hava hücumunda şəhərdəki müdafiə sistemlərinin vurulduğunu bildirib.

İsrailin hədəfə aldığı Tartusda Rusiyanın hərbi dəniz bazası da var. Baza 1971-ci ildə SSRİ ilə Suriya arasında imzalanmış müqavilə ilə yaradılıb.

Bundan başqa, Livanın hava məkanında uçan və İsrailə aid olduğu iddia edilən reaktiv təyyarələr bölgədə çaxnaşma yaradıb.

Livan mətbuatı İsrail təyyarələrinin Suriya rejiminin nəzarətində olan ərazilərə hava zərbələri endirmək üçün aşağıdan uçduqlarını iddia edib. Ümumilikdə 8 İsrail döyüş təyyarəsinin Suriya sərhədinə yaxın olan Tripoli şəhərində uçuşlar həyata keçirdiyi deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər