Rusiya “WhatsApp”ın bəzi ölkələrdə açdığı yeni kanallarda qeyri-qanuni məlumatları daxil etdiyi təqdirdə bu sosial mediaya girişi bloklaya bilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyi (Roskomnadzor) açıqlayıb.
Roskomnadzor bəyan edir ki, Rusiya qanunları bütün şirkətlərə şamil olunur: “Bura rusiyalı istifadəçiləri hədəf alan mesajlaşma proqramları və sosial media şəbəkələri də daxildir. Qadağan olunmuş məlumatları ehtiva edən düşmən kanalların ortaya çıxması onların dərhal silinməsi tələbi ilə nəticələnəcək. Əgər tələb rədd edilərsə, sözügedən platforma bloklanacaq”.
Bəyanatda Rusiya qurumlarına və ayrı-ayrı şəxslərə yerli təcrübələrə keçmək üçün tövsiyələr də yer alıb.
Qeyd edək ki, “WhatsApp”ın sahibi olan “Meta” şirkəti ölkədə qeyri-qanuni məlumat yaydığı səbəbilə “ekstremist təşkilat” kimi müəyyən edilib. Şirkətin “Facebook” və “Instagram” platformalarına giriş ötən il bloklanıb.