Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarının mümkünlüyü və münaqişənin həllində ABŞ-ın rolundan danışıb.
Teleqraf.com xəbər verir ki, Rusiya lideri ABŞ dövlət katibi Entoni Blinkenin belə bir dialoq kontekstində tanqoya iki nəfərin lazım olduğu barədə bəyanatını cavablandırıb.
Putin cavabında bildirib ki, amerikalılar özləri rəqs etməyi bilmirlər, amma hər şeyi güc mövqeyindən – sanksiyalar və hərbi təhdidlərlə həll etməyə çalışırlar.
Putin tanqonu “gözəl və heyrətamiz hərəkətlərə malik rəqs” adlandırıb. Bundan əlavə, o qeyd edib ki, eyni zamanda Ukrayna üçün hopakı (rus rəqsi) unutmamaq vacibdir.
“Əks halda onlar həmişə başqasının musiqisi və melodiyasına rəqs edəcəklər. Yeri gəlmişkən, hər kəs bu və ya digər şəkildə bir xanım, ya da ən yaxşı halda kazak qızı kimi rəqs etməli olacaq”, - prezident qeyd edib.
Bundan əvvəl Blinken Rusiyanın belə bir təşəbbüslə çıxış edəcəyi təqdirdə Kiyevin danışıqlar aparacağını bildirmişdi:
“Danışıqlara gəldikdə, tanqo üçün iki nəfər lazımdır. İndiyədək Vladimir Putinin diplomatiya ilə maraqlandığını göstərən heç bir əlamət görməmişik. O istəsə, o zaman düşünürəm ki, danışıqlara ilk olaraq ukraynalılar girəcək”.