16 Sentyabr 2023 17:06
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın fransızdili bölgəsində məktəblərdə məcburi seksuallıq təhsilinin tətbiqi ilə bağlı müzakirələr davam edərkən, qəzəblənmiş bəzi valideynlərin məktəbləri yandırdığı iddia edilib.

Teleqraf.com xəbər verir ki, ötən gecə Montignies-sur-Sambre şəhərindəki məktəbdə yanğın baş verib.

Həftənin əvvəlində Şarlerua şəhərində 4 məktəb yandırılmışdı.

Polis məcburi seksual təhsilə reaksiya verən valideynlərdən şübhələndiyi üçün ilk dörd yanğını araşdırır.

Qeyd edək ki, Belçikada 2012-ci ildən bəri bütün siniflər üçün seksual təhsil tələb edən tənzimləmə mövcuddur. Flamanddilli bölgədə bu təhsil artıq məcburi olsa da, bu, fransızdilli icmanın yaşadığı paytaxt Brüssel və Valloniya bölgələrindəki məktəblərin təşəbbüsü ilə buraxılmışdı.

Sentyabrın 7-də fransızdilli bölgələrdə ibtidai və orta məktəb şagirdlərinin həftədə 2 saat bu kurslardan keçməsini tələb edən qanun qüvvəyə minib.

Etirazlara baxmayaraq Valloniya-Brüssel Federasiyası hökuməti tənzimləmənin uşaqları qorumaq məqsədi daşıdığını müdafiə edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər