Mərakeşdə zəlzələdən zərər çəkmiş ərazilərdə 6,6 milyon insan yaşayır.
Teleqraf.com xəbər verir ki, məlumat Beynəlxalq Qızıl Xaç Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) yeni hesabatında dərc edib.
Mərakeş Daxili İşlər Nazirliyinin son məlumatına görə, zəlzələdə insan itkisi 2 min 946, yaralı sayı isə 5 min 674-ə çatıb.
Bölgədəki sürüşmə riski xilasetmə və yardım işlərini çətinləşdirsə də, təcili yardım qrupları ehtiyacı olanlara çatmaqda çətinlik çəkir.
Qeyd edək ki, Mərakeşdə sentyabrın 8-də yerli vaxtla saat 23:00 radələrində 6,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar 19 dəqiqə sonra 4,9 bal gücündə təkrarlanıb.
1900-cü ildən bəri Mərakeşdə 5 və daha yüksək bal gücündə 9 zəlzələ baş verib. Bu zəlzələ 2004-cü ildən bəri ən dağıdıcı zəlzələ olub.