17 Sentyabr 2023 22:09
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynalı müdafiəçilər Donetsk vilayətinin Kleşiyevka kəndini rus işğalçılarından azad ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Lyut” briqadasının məlumatında deyilir.

"Kleşiyevka bizimdir! Lyut briqadasının əsgərləri müdafiə qüvvələrindən olan silahdaşları ilə birlikdə azad edilmiş Kleşiyevka üzərinə Ukrayna bayrağını geri qaytardılar", - bildirilib.
Qeyd olunur ki, Ukrayna torpaqlarının Rusiya qoşunlarından azad edilməsi istiqamətində əməliyyatlar davam edir.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər