“İranın nüvə silahı varsa, Səudiyyə Ərəbistanının da nüvə silahı olmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman deyib.
“Əgər onlar alırsa, biz də almalıyıq”, - şahzadə bildirib.
Bin Salman bunun təhlükəsizlik və Yaxın Şərqdəki güc balansı üçün lazım olduğunu, amma bunun belə olmasını istəmədiklərini söyləyib.
Vəliəhd nüvə silahı təhlükəsi barədə də xəbərdarlıq edib: “Biz hər hansı bir ölkənin nüvə silahına sahib olacağından narahatıq”.
Salman nüvə silahı əldə etmək cəhdlərinin və bunların yerləşdirilməsinin bütün dünyaya müharibə elan etməyə bərabər olacağını bildirib:
“İran nüvə silahı əldə etsə və ya hər hansı ölkə nüvə silahından istifadə etsə, bu, o deməkdir ki, onlar bütün dünya ilə müharibə vəziyyətindədirlər.
Dünya başqa bir Xirosimanı görməməlidir. Əgər dünya 100 000 insanın öldürüldüyünü görürsə, demək, siz dünyanın qalan hissəsi ilə müharibə aparırsınız”.