Almaniya miqrasiya böhranı fonunda Polşa və Çexiya ilə sərhədlərdə nəzarəti gücləndirməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın daxili işlər naziri Nensi Feser "Welt am Sonntag"-a müsahibəsində deyib.
“Bu cür əlavə nəzarətlər yoxlama yolu ilə bütün sərhəd zonasının müşahidəsi ilə müşayiət olunmalıdır”.
O, həmçinin vurğulayıb ki, alman sərhədçilərinin Çexiya ərazisində fəaliyyət göstərə bilməsini arzulayır.