15 Yanvar 2015 01:42
911
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Müdafiə Nazirliyi rus hərbçisinin Gümrüdə törətdiyi cinayətlə bağlı hərbi istintaq tədbirlərini yekunlaşdırıb. Bununla da rus əsgərinin 6 nəfərlik erməni ailəsini qətlə yetirməsi ilə əlaqədar Ermənistanda yerləşən 102-ci hərbi bazasında aparılan araşdırma başa çatdırılıb.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə nazirinin birinci müavini Arkadiy Baxin ermənistanlı həmkarı David Tonoyanı məlumatlandırıb.

Qeyd olunur ki, törədilmiş kütləvi qətldə təqsirli bilinənlər müəyyən edilib.

Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyanlar ailəsi güllələnib. Cinayəti törətməkdə Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov şübhəli bilinir. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.


Müəllif: