Gecə saatlarında Ukraynaya hücum zamanı Rusiyanın kamikadze pilotsuz təyyarələri Rumıniyanın hava məkanını yenidən pozub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilir ki, Rusiya PUA-ları qrup halında Ukrayna ərazisinə doğru hərəkət edərkən Rumıniya yaxınlığında səmada aşkar edilib. Bununla əlaqədar Ukrayna ilə həmsərhəd yaşayış məntəqələrində hava təhlükəsi rejimi elan edilib.
Məsələ bununla məhdudlaşmayıb. Rumın ordusunun radar müşahidə sistemi Rusiya PUA-larının Rumıniyanın hava məkanına icazəsiz daxil ola biləcəyini göstərib.
“Nəticədə fövqəladə hallar, polis və sərhəd qüvvələri müvafiq radar siqnalının aşkar edildiyi Qalatı şəhəri yaxınlığındakı ərazilərə yönləndirilib. Ölkə ərazisinə hava məkanından düşən obyektlər aşkarlanmayıb. Axtarışlar davam etdiriləcək”, - nazirlik vurğulayıb.
Sentyabrın 4-də Rusiyadan Ukrayna atılan PUA-lardan biri Rumıniya ərazisinə düşmüşdü.
Gecə saatlarında Ukrayna ərazisində 30-dan çox “Şahid” tipli dron (İran istehsalı) məhv edilib.