1 Oktyabr 2023 21:13
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) Ankaranın mərkəzində terror aktına cəhdə görə məsuliyyəti öz üzərinə götürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.

"Son xəbər: PPK terror təşkilatı Ankarada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb", - məlumatda deyilir.

Oktyabrın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səhər saatlarında Ankaranın mərkəzində törədilən terrora cəhdi “terrorçuların ölkəyə qarşı son nəfəsləri” kimi qiymətləndirib.


Müəllif: Teleqraf.com