"Əgər ABŞ prezidenti Co Bayden məndə ABŞ-ın keçmiş prezidenti Donald Trampı araşdırmaq üçün hərəkətə keçməyimi istəsə, istefa verəcəm"
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın baş prokuroru Merrik Qarland CBS telekanalının “60 Minutes” telekanalına verdiyi müsahibədə deyib.
Qarland əmin edib ki, o, keçmiş Trampın istintaqı ilə bağlı nə prezident, nə də onun administrasiyası ilə əlaqə saxlamır. Baş prokuror qeyd edib ki, Bayden heç vaxt istintaqa müdaxilə etməyə cəhd etməyib.
“Mən əminəm ki, Baydenin müdaxiləsi baş verməyəcək...Və lazım olsa, istefa verərdim. Ancaq belə bir şeyin baş verməsinin heç bir mənası yoxdur",- deyə bildirib.
O, həmçinin ABŞ Ədliyyə Departamentindəki bütün prokurorların qərəzsiz olduğunu vurğulayıb.