Taliban hökuməti ölkədə 200 falçını həbs edib.
Teleqaf.com xəbər verir ki, Taliban administrasiyasının Xeyirə Dəvət və Şərdən Uzaqlaşdırma Nazirliyinin sözçüsü Akif Mühacir mətbuata açıqlamasında indiyədək ölkə daxilində həyata keçirilən əməliyyatlarda aralarında qadınların da olduğu 200 sehrbazın saxlanıldığını açıqlayıb.
Mühacir onlara qarşı məhkəmə işlərinin başlandığını, bu cür fəaliyyətin dini baxımdan haram olduğunu, cəmiyyətdə korrupsiya və iğtişaşlara gətirib çıxardığını vurğulayıb.