"Forbes" jurnalının hər il tərtib etdiyi 400 ən varlı ABŞ vətəndaşı siyahısına bu il də İlon Mask başçılıq edib.
Teleqraf.com xəbər verir ki, nəşr “SpaceX” və “Tesla”nın sahibinin sərvətini 251 milyard dollar dəyərində qiymətləndirib.
İkinci yerdə “Amazon”un rəhbəri Ceff Bezos (161 milyard dollar), üçüncüdə isə “Oracle” korporasiyasının yaradıcılarından biri Larri Ellison (158 milyard dollar) qərarlaşıb.
“Microsoft”un qurucusu Bill Qeyts 111 milyard dollarla altıncı yeri tutub.
Nəşrin yazdığına görə, ümumilikdə ABŞ-nin ən varlı adamları bir il əvvəlkindən 500 milyard dollar daha varlıdırlar.