3 Oktyabr 2023 20:38
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizəd ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Nəşr prezident administrasiyasına yaxın olan mənbələrə istinadən yazıb ki, rəsmilər Putindən noyabrda keçiriləcək konfransda martda baş tutacaq prezident seçkilərində iştirak edəcəyini açıqlamasını gözləyirlər.

Məsələ ilə bağlı Kreml şərh verməyib.

1999-cu ilin son günündə prezident səlahiyyətlərini Boris Yeltsinə təhvil verən Putin, İosif Stalin dövründən bəri bütün Rusiya monarxlarından daha uzun müddət prezident olub, hətta Leonid Brejnevin 18 illik hakimiyyətini də keçib.

Qeyd edək ki, oktyabrın 7-də Putinin 71 yaşı tamam olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər