4 Oktyabr 2023 13:54
1 918
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç Baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya üzvlük müraciətinin oktyabrda Türkiyə Böyük Millət Məclisində (TBMM) təsdiqlənəcəyini qətiliklə deyə bilməyəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Kristersson son qərarın Türkiyəyə məxsus olduğunu söyləyib.

“Oktyabrda NATO-ya üzvlüyümüzün təsdiqlənəcəyinə söz verə bilmərəm. Bu qərar Türkiyəyə məxsusdur, Türkiyə qərarlarını özü verir”, - baş nazir bildirib.

Kristersson İsveçin NATO üzvlüyünə dair təsdiq prosesinin açılışından sonra ən qısa vaxtda TBMM-ə göndərilməsi mövzusunda razılaşdıqlarını vurğulayıb:

“Hamı belə deyir ki, parlament açıldıqdan sonra İsveçin NATO-ya üzvlüyü təsdiqlənəcək. Parlament artıq açıqdır. Hesab edirəm ki, İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsinin vaxtı çatıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər