Kansler Olaf Şolzun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası (SPD) Hessen federal əyalətində keçirilən regional seçkilərdə uduzaraq, alınan səslərə görə antirekord vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Spiegel” jurnalının materialında deyilir.
İlkin nəticələrə görə, Sosial Demokratlar yalnız 15,1% səs toplayıb.
Nəşr qeyd edir ki, bu partiya Hessendə heç vaxt bu qədər az səs toplamayıb.
Bunun əksinə olaraq, Hessenin baş naziri Boris Reynin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) 34,6% səslə qələbəni qeyd edir.