Rusiya Prezidenti Vladimir Putin Çinə gəlib.
Teleqraf.com xəbər verir ki, o, Pekində Çin lideri Si Cinpinlə görüşəcək və “Bir Kəmər, Bir Yol” forumunda iştirak edəcək.
Bu gün forum çərçivəsində konfrans keçiriləcək və şam yeməyi veriləcək.
Oktyabrın 18-də forumun rəsmi açılış mərasimi keçiriləcək, Si Cinpinin çıxışı olacaq.
Bundan əlavə, bir sıra yüksək səviyyəli görüş və forumların keçirilməsi nəzərdə tutulur.
Rusiya lideri Vyetnam Prezidenti Van Tionq, Tailand Baş naziri Setta Txavisin, Monqolustan Prezidenti Uxnaaqin Xurelsux və Laos Prezidenti Txonqlun Sisulitlə görüşmək niyyətindədir.
Serbiya Prezidenti Aleksandar Vuçiç, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Macarıstan Baş naziri Viktor Orban da forumda iştirak etmək üçün Pekinə gəlib.