20 Oktyabr 2023 00:38
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS hərəkatının inzibati nəzarəti altında olan Qəzza zolağında milli təhlükəsizlik qüvvələrinin komandiri general Cihad Əbd Müheysin İsrailin Əş-Şeyx Radvan məhəlləsini bombalaması zamanı ölüb.

Teleqraf.com xəbər verir ki, General Müheysin və onun bir neçə ailə üzvü həmin vaxt Qəzza təhlükəsizlik qüvvələrinin rəhbərinin yerləşdiyi evə İsrailin birbaşa zərbəsi nəticəsində həlak olub.

Generalın ölümü ilə əlaqədar HƏMAS bəyanat yayıb və qeyd edib ki, liderlərin qəsdən öldürülməsi təhlükəsizlik qüvvələrinin peşəkarcasına fəaliyyətlərini davam etdirməsinə mane olmayacaq.

Qeyd olunur ki, bir müddət əvvəl İsrailin Fələstin sektorunun cənub hissəsində yerləşən Nuseyrat şəhərinin rayonlarından birinə hücumu nəticəsində Qəzza keçid məntəqələrinin rəisi general Fuad Əbu İbtihan öldürülüb. Bombardman zamanı onun bir neçə ailə üzvü də həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər