Ukraynanın hazırkı hakimiyyət böhranı və Krımın ilhaqı dövründə müxtəlif üsullarla oğurlanan, büdcədən, ölkədən çıxarılan küllü miqdarda vəsaiti geri qaytarmağa başlayıb. Beynəlxalq bankların və nüfuzlu iqtisadi qurumların açıq dəstəyi rəsmi Kiyevin bu istiqamətdə ciddi uğur qazanmasına səbəb olub.
Artıq Krımın ilhaqı zamanı oğurlanmış 3,7 milyard qrivna (234 milyon dollar) dəyərində vəsaiti geri qaytarıb. Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radanın fraksiya rəhbərləri ilə görüşündə bildirib.
Prezidentin rəsmi saytında dərc olunan açıqlamada qeyd olunub ki, dövlət başçısı əvvəlki hakimiyyət dövründə oğurlanan və xaricə aparılan bütün dövlət vəsaitlərini geri qaytaracaq.