Bir sıra Şərq ölkələri - Çin, İndoneziya, Filippin narkotiklərin qeyri-qanuni istifadəsinə, satışına görə, cəzaları daha da sərtləşdirblər. Müvafiq qaydalar isitsnasız olaraq, əcənəbi vətəndaşlara da aid ediləcək.
Artıq İndoneziyada biri ölkə, beşi isə xarici vətəndaş olmaqla ümumilikdə altı nəfər narkotik maddələr satdıqlarına görə güllələnəcəklər.
Teleqraf.com-un "TRT Haber"ə istinadən məlumatına görə, əcnəbilər Vyetnam, Nigeriya, Malavi, Braziliya və Hollandiya vətəndaşlarıdır.
Ölkə qanunvericiliyi narkotik vasitələrin qaçaqmalçılığına görə ölüm cəzasını nəzərdə tutsa da, hakimlər bu qərarı nadir hallarda verirlər.
Hökumət bu il daha 20 nəfərin edam edilməsini planlaşdırır.