İsrail ABŞ-nin Yaxın Şərqə əlavə raket hücumundan müdafiə (RHM) sistemləri göndərməsi üçün quru əməliyyatının başlanmasını ləngitməyə razılaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton İraq, Suriya, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki Amerika qoşunlarını qorumaq üçün Yaxın Şərqə təxminən 10 hava hücumundan müdafiə sistemi (HHM) yerləşdirmək niyyətindədir. İsrail hökuməti də ABŞ-nin bu sistemləri yerləşdirməsini gözləməyə razılaşıb. Əlavə HHM sistemlərinin yerləşdirilməsinin artıq bu həftə başa çatdırılması gözlənilir.