İsrail vətəndaşlığı olan ruslar səfərbərliyə cəlb olunur. Hazırda onlar hərbi xidmətə çağırılır.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi deyib.
“Minlərlə İsrail vətəndaşlığı olan ruslar artıq hərbi xidmətə çağırılıb. Onlar İsrail vətəndaşıdır, istənilən İsrail vətəndaşına aid olan hər şey onlara da aiddir. Ona görə də səfərbərliyə çağırış gəlibsə, gedirlər”, - səfir bildirib.