ABŞ milyarderi və maliyyəçisi Corc Soros Ukraynanın Rusiyaya təbii qaza görə olan borcuna münasibət bildirib.
Axar.az xəbər verir ki, Soros Ukraynaya Rusiyanın pulunu verməməyi məsləhət görüb.
Soros Qərbin Ukraynaya istənilən qədər yardım edəcəyinə inanmadığını, bu səbəbdən də Rusiyaya borcu ödəməkdən yayınmağı uyğun bilib:
“Bazarlar həqiqətən Ukraynanın ödəniş etməsini gözləyir. İndi bundan qaçmaq üsulları var, ancaq mən inamla deyə bilmirəm ki, buna müvəffəq ola biləcək, ya yox. İstəyirəm ki, Ukrayna ödəniş etməkdən qaça bilsin. Mən hakimiyyətlə işləyəcəyəm və lazımı dəstəyi tapacam”.