31 Oktyabr 2023 23:26
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Qəzzada Türk-Fələstin Dostluq xəstəxanasını vurması bu ölkənin haqq, hüquq və insani dəyərlərin tanımadığının sübutudur.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O qeyd edib ki, İsrailin hücumları nəticəsində indiyədək əksəriyyəti körpə, uşaq və qadın olmaqla 8 500 fələstinli həlak olub: “Qəzzada törədilmiş hərbi cinayətlərin təqsirkarlarının qanun qarşısında cavab verməsini təmin etmək üçün danışıqlarımız davam edir”.

Ərdoğan onu da əlavə edib ki, Türkiyə bölgədə yeni təhlükəsizlik mexanizmin təsisi məsələsində öz üzərinə öhdəlik götürməyə də hazırdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər