Qətərdə İsrailin xeyrinə casusluqda ittiham olunan hindlilərə edam cəzası verilib.
Teleqraf.com xəbər verir ki, Qətər məhkəməsi tərəfindən edam cəzasına məhkum edilmiş 8 hindistanlı keçmiş dəniz zabiti İsrailin xeyrinə casusluqda ittiham olunub.
Qətər və Hindistan 2022-ci ilin avqustunda həbs edilən 8 nəfərə qarşı ittihamları rəsmən açıqlamayıb.
Hindistan vətəndaşları Qətərin “Dahra Global Technologies and Consultancy Services” şirkətində işləyib. Bu qurum Qətərin müdafiə və təhlükəsizlik strukturlarına təlim və müxtəlif xidmətlər göstərən özəl şirkət kimi tanınır.