ABŞ mediası İsrailin HƏMAS-a qarşı müharibədə kursunu dəyişməsi və açıq atəşkəsə çağırması üçün Vaşinqtona qlobal təzyiqin artdığını bildirir.
Teleqraf.com xəbər verir ki, Bayden administrasiyası Qəzzada dinc insanların ölümü görüntülərinin İsraili qlobal miqyasda təcrid edəcəyindən ehtiyatlanır.
CNN-in məlumatına görə, Bayden administrasiyasının yüksək səviyyəli rəsmiləri İsraili getdikcə daha çox xəbərdar edirlər ki, beynəlxalq etirazlar səbəbindən Qəzzada HƏMAS-ı bitirmək məqsədini həyata keçirmək getdikcə çətinləşəcək, ABŞ-ın tam dəstəyi ilə bunu etmək üçün az vaxt var. Kanal anonim mənbələrə istinadla bildirir ki, Prezident Co Baydenin məsləhətçiləri bir neçə həftə sonra Ağ Evin atəşkəsə çağırmağa məcbur olacağını deyirlər.
“Xüsusilə Bayden və onun milli təhlükəsizlik komandasını narahat edən hadisə İsrail ordusunun Cəbəliyə zərbələrdir, bu, çoxlu sayda mülki insanın ölümünə səbəb olub. Bu, Baydenin heç xoşuna gəlməyib”, - mənbə qeyd edir.
İsrail HƏMAS-ı sakinləri orada qalmağa məcbur etməkdə və onların Qəzzanın cənubuna təxliyyəsinə mane olmaqda ittiham edir.
NBC ABŞ rəsmilərinə istinadla vurğulayır ki, administrasiya rəsmiləri İsrailin müharibəni davam etdirmək metodundan əndişələrini ifadə etdiblər, ölkənin dünyadan təcrid olunacağından getdikcə daha çox narahat olurlar. Rəsmilərdən biri söyləyib ki, Bayden administrasiyası İsraili dəstəkləsə də, ABŞ silahlarının mülki insanları öldürmək üçün istifadə edildiyinə dair bir təsəvvürün olmasını istəmir.
İsrail HƏMAS-ı Qəzzadakı mülki əhali və xəstəxanalardan canlı qalxan kimi istifadə etməkdə ittiham edir. Mülki insanların öldürülməməsi üçün bu şəraitdə əlindən gələni etdiyini deyir. İsrail rəsmilərinin sözlərinə görə, HƏMAS beynəlxalq rəğbət qazanmaq üçün həlak olanların sayını süni şəkildə artırır.
İsrail istənilən atəşkəsə və ya Qəzzaya yanacağın göndərilməsinə etiraz edir, bildirir ki, bu, sadəcə HƏMAS-a yenidən toparlanmaqda və ehtiyatlarını artırmaqda kömək edəcək.