4 Noyabr 2023 12:11
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ordusu Avdeevka yaxınlığında üçüncü böyük hücumlar seriyasına hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Müharibə Araşdırma İnstitutunun (ISW) yeni hesabatında bu məsələ müzakirə olunur.

ISW iddia edir ki, ruslar Avdeevka yaxınlığında hücum əməliyyatlarını davam etdirir: "Ruslar uğurlar əldə ediblər. Geolokasiya görüntüləri göstərir ki, rus qoşunları Avdeevkanın şimalındakı dəmir yolu xəttinə qədər irəliləyib. Avdeevka koks zavodu yaxınlığında və Opıtnı şəhərlərinin cənub və cənub-qərb kənarlarında da döyüşlər davam edir. Eyni zamanda, Ukrayna qoşunları bu ərazidə daim əks-hücumlara keçir".


Müəllif: Əsəd Məmmədəliyev