İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS terror təşkilatının mühüm "qalasının" ələ keçirildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Givati briqadasının əsgərləri baza üzərində nəzarəti bərqərar edib. Orada çox sayda əməliyyat xəritələri və komanda sənədləri, o cümlədən terror təşkilatının hazırkı komandirlərinin şəxsi məlumatları aşkar edilib. Əldə edilmiş sənədlər və kəşfiyyat məlumatları İDF-nin Həmas terrorçularına qarşı mübarizədə uğuru üçün kritik ola bilər”, - məlumatda qeyd olunub.