İordaniya Kraliçası Raniya əl-Abdullah Qəzzada atəşkəsin rədd edilməsinin minlərlə mülki insanın ölümünə səbəb olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, kraliça İsrailin Qəzzanı HƏMAS-dan təmizləmək cəhdlərini “qeyri-rasional və işğal” adlandırıb.
“Fundamental səbəblər aradan qaldırılmasa, döyüşçüləri öldürə bilərsiniz, ancaq səbəbləri yox. Bu dağılmış binaların xarabalıqları altından daha qətiyyətli və HƏMAS-ın etdiklərini etmək üçün daha həvəsli başqa bir qrup çıxacaq”, - kraliça deyib.
Raniya həmçinin İsrailin mülki insanları hədəfə almadığına dair iddiasını rədd edib və İsrailin mülki şəxslərin döyüşlərin getdiyi bölgədən təxliyyəsi ilə bağlı çağırışlarını “PR oyunu” adlandırıb.
“On mindən çox insan öldürülüb, onların 70 faizi qadınlar və uşaqlardır. İsraillilərin mülki insanları qorumağa çalışdıqlarını iddia etmələri kəşfiyyata təhqirdir”, - kraliça əlavə edib.
Raniya müharibə fonunda artan antisemitizm və islamafobiyanı pisləyib:
“İsrail dünyanın bütün yəhudilərini təmsil etmir. Öz cinayətlərinə görə yalnız İsrail məsuliyyət daşıyır. Dünyadakı yəhudi xalqı, onların çoxu gördüklərindən dəhşətə gəlir. Biz müsəlmanlar antisemitizmi ilk pisləyən olmalıyıq. Bizim yəhudilərlə uzun müddət dinc şəraitdə birgəyaşayış tariximiz olub”.