6 Noyabr 2023 22:42
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Qəzza zolağında atəşkəsə nail olmaq istəyini bildirmək üçün İranla əlaqə saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

“Son üç gündə amerikalılar bizə atəşkəs əldə etmək istədikləri barədə mesaj göndərdilər”, - deyə məlumatda vurğulanıb.

Yeri gəlmişkən onu da qeyd edək ki, “The New York Times” Vaşinqtondakı rəsmi mənbələrinə istinadən ABŞ Prezidenti Co Bayden administrasiyasının İran və Fələstinin radikal “Hizbullah” qruplaşmasına mesajlar göndərdiyi barədə xəbər yaymışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər