İsrailin hava hücumundan müdafiə sistemi Livanla sərhəd yaxınlığında şübhəli hava hədəfini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl İDF hava hücumundan müdafiə sistemi Livanla sərhəd yaxınlığında aşkar edilən şübhəli hava hədəfini zərərsizləşdirib. Hədəf İsrail ərazisinə uçmazdan əvvəl aşkarlanıb. İsrail ordusu Livandan İsrailin şimalındakı bir ordu postuna atılan atəşə artilleriya zərbələri ilə cavab verib", - deyə qeyd olunub.