8 Noyabr 2023 20:19
3 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağı gələcəkdə nə HƏMAS hərəkatı, nə də İsrail tərəfindən idarə oluna bilməz.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Yaponiyaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

"Birincisi, Qəzzanı HƏMAS idarə edə bilməz. Əks halda, sadəcə olaraq, oktyabrın 7-nin təkrarı və Qəzza terror hücumları üçün yer kimi istifadə olunacaq. İsrailin Qəzzanı işğal edə bilməyəcəyi də aydındır. Ola bilsin ki, bizə keçid dövrü lazımdır. Əsas məqsəd Qəzza və İordan çayının qərb sahilinin fələstinlilər tərəfindən idarə olunmasını təmin etməkdir. Hazırda təhlükəsizliyi necə təmin etmək və Qəzza və İordan çayının qərb sahili üzərində Fələstin dövlətinə nəzarəti qurmaq mövzusunda müzakirələr gedir”, - deyə Blinken vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər