Polşanın Baş naziri Mateuş Moravietski istefa verib.
Teleqraf.com xəbər verir ki, Moravietski yeni parlamentinin ilk iclasında hökumətinin istefasını təqdim edib.
Oktyabrın 15-də keçirilən seçkilərdə Moravietskinin “Hüquq və Ədalət” partiyası ən çox səs toplasa da, parlament çoxluğu üçün kifayət qədər yer əldə edə bilməyib.
Mateuş Moravietski bəlli müddətdə yeni hökuməti formalaşdırmalıdır.