Türkiyə Müdafiə Nazirliyi İraqın şimalındakı Qəndil və Hakurk bölgələrində aşkarlanan 10 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazirlik antiterror əməliyyatlarının bundan sonra da davam edəcəyi mesajını verib.
“İraqın şimalındakı Qəndil və Hakurk bölgələrində aşkarlanan 10 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. “Terrorçu haradadırsa, hədəfimiz də oradadır” şüarı ilə terror yuvalarını məhv etməyə davam edəcəyik”, - açıqlamada deyilir.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) da Süleymaniyyədə PKK/KCK terror təşkilatının Kərkük vilayəti üzrə “məsul şəxs”i Rəmzi Avcını zərərsizləşdirib. “Qırmızı kateqoriya”da axtarılan terrorçu Diyarbəkirdə həyata keçirilən qanlı aktlara görə məsuliyyət daşıyırdı.