Berlin Ukraynaya daha 10 Leopard 1 A5 tankı göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Almaniya, həmçinin Kiyevə 1 020 155 mm kalibrli mərmi və 1,4 milyon patron, 10 VEKTOR kəşfiyyat aparatı və 1 “Wisent 1” minatəmizləmə maşını tədarük edib.
Eləcə də sərhədçilər üçün 3 avtomobil, 16 “Zetros”, 13 “MAN TGS” yük maşını, "GO12" tipli 14 yerüstü radar stansiyası və 10 min dəst ballistik eynək Ukraynaya göndərilib.
Bundan əlavə, Berlin yaralılara kömək üçün daha beş ikihissəli “Warthhog” avtomobilləri göndərməyi planlaşdırır.
Bundan əvvəl Almaniya hökumətinin Ukraynaya hərbi yardım göstərmək üçün 2024-cü ildə 8 milyard avro ayırmaq niyyətində olduğu bildirilirdi. Bu, əvvəlkindən iki dəfə çoxdur.