17 Noyabr 2023 17:54
2 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın gələn il üçün yardımı təsdiqləməkdən imtina etməsinin Rusiyaya qarşı müharibədə Ukraynanın mövqelərini itirməsi qorxusu artdığından, Avropa hökumətləri bu ölkəyə yardımı artırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Nəşr qeyd edir ki, Avropa və ABŞ Ukraynanın yaxın gələcəkdə önəmli əraziləri geri ala bilməyəcəyinə getdikcə daha çox inanır. Qərbin fikrincə, Ukrayna öz səylərini əsasən əlindəki mövqelərini qoruyub saxlamağa yönəldib.

Nəşr bildirir ki, Ukrayna ordusu əks-hücum zamanı önəmli əraziləri geri ala bilmədikdən sonra müharibə dalana dirənib. Qərb liderləri çəkinirlər ki, Ukraynada artan pul və sursat çatışmazlığı Moskvaya keçən il itirdiyi əraziləri geri qaytarmaq üçün gələn il fürsət verə bilər.

İndiyədək Ukraynaya hərbi yardımın əsas yükünü ABŞ öz üzərinə götürüb, on milyardlarla dollar ayırıb. İndi avropalılar bu rolu öz üzərinə götürməyi planlaşdırırlar.

Almaniya hökuməti gələn il hərbi yardımı ikiqat artıracaq, Avropa Birliyi rəsmiləri iqtisadi və hərbi yardımın yeni növləri üzərində işləyirlər. Qitənin digər ölkələri də gələn il ərzində hərbi yardımı davam etdirəcəklərinə söz veriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər