Rusiyanın növbəti prezidenti Putin kimi olmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “MQİMO 360” (MQİMO - Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti) tələbə xəbər kanalına müsahibəsində bildirib.
"Eynən onun kimi biri olmalıdır", - deyə Dmitri Peskov növbəti prezidentin necə olması barədə suala cavab verərkən deyib.
Peskovun fikrincə, Putin prezident seçkisində namizəd olmaq qərarına gələrsə, qalib olacaq.
"Putin namizədliyini irəli sürmək niyyəti barədə hələ ki açıqlama verməyib. Amma mən ürəkdən inanmaq istəyirəm ki, o, bunu edəcək. Onun seçkidə qalib gələcəyinə şübhəm yoxdur", - deyə Peskov qeyd edib.