Ermənistanın Baş naziri Paşinyanın Rusiyaya gəlib-gəlməyəcəyi hələlik məlum deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Paşinyanın Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyinin iclaslarına gəlib-gəlməyəcəyi hələ məlum deyil”, o qeyd edib.
Onun sözlərinə görə, hamı dəvətlidir.
Peskov əlavə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə qədər Putinlə Paşinyan arasında telefon danışığı planlaşdırılmır.
Qeyd edək ki, Paşinyan bundan əvvəl KTMT-nin Minskdə noyabrın 23-də keçiriləcək iclasında iştirak etməyəcəyini açıqlamışdı.