Ukrayna hərbçiləri Xerson vilayətinin sol sahilində quru əməliyyatlarını davam etdirirlər. Hazırda Poyma, Pişçanivka və Krınık yaxınlığında döyüşlər gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Ukrayna ordusu Krınıkın mərkəzində öz mövqeyini qoruyur. Rusiya mənbələri bildirirlər ki, Ukrayna qoşunları Krınık yaxınlığında 10 kvadratkilometr əraziyə nəzarət edirlər. Ruslar Poyma-Krınık xətti boyunca ukraynalıarın bir neçə hücumunun qarşısı alıblar.
Ukrayna Silahlı Qüvvələri şərq sahilindəki mövqelərində təchizatı artıra bilir. Bu, rusların səylərinin Ukrayna qüvvələrinin bu mövqelərə əlavə hərbçi və texnika keçirməsinə mane olmadığını göstərir.