22 Noyabr 2023 15:48
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putini öldürmək hüquqlarının olduğunu iddia edən Ukrayna lideri Vladimir Zelenskiyə cavab verib.

Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi Ukraynanın bu və digər məqsədlərinə nail ola bilməyəcəyini söyləyib.

“Ukraynadan müxtəlif səviyyələrdə Putinə qarşı çoxlu nəzəri hücumlar olub. Bunu yaxşı başa düşürük. Heç nəyə nail olmayacaqlar. Şübhə etmirik ki, xüsusi hərbi əməliyyatın bütün məqsəd və vəzifələri yerinə yetiriləcək”, - Peskov bildirib.

Ukrayna prezidenti Britaniyanın “The Sun” qəzetinə müsahibəsində demişdi ki, Rusiya onu məhv etmək niyyətindən əl çəkməyib, belə bir hərəkət olarsa, Kiyev də Putini sıradan çıxara bilər. Zelenski müharibə şəraitində Ukraynanın özünümüdafiə hüququnun olduğunu bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər