“Yaxın Şərqin bütün ölkələrini, o cümlədən İsraili Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinə qoşulmağa çağırmışdıq, bu çağırışı bir daha təkrarlayıram”.
Teleqraf.com xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Mariano Qrossi deyib.
AEBA rəhbəri İsrail rəsmisinin Qəzzada atom bombalarından istifadə ilə bağlı açıqlamasına da təpki verib:
“İstənilən qeyri-ciddi çıxış qətiyyən yolverilməzdir.
İsrailin irs naziri Amicay Eliyahu bu yaxınlarda iştirak etdiyi bir radio proqramında Qəzzada nüvə bombasından istifadənin seçimlərdən biri olduğunu iddia etmişdi.