2 Dekabr 2023 18:18
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Yunanıstanı bir-birinə qarşı qoyan ABŞ-dır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Məsafəsi bu qədər yaxın və keçmişi ilə bir-birinə qarışan iki ölkənin hələ də düşmənçiliyi alovlandıran çağırışlara doğru getməsi düzgün deyil. Digər tərəfdən, bizi kim bir-birimizə qarşı qoyur? Bəziləri, xüsusilə Amerika Birləşmiş Ştatları bizi bir-birimizə qarşı qoymağa çalışır”, - Türkiyə lideri vurğulayıb.

Prezident Ərdoğan ABŞ-ın Türkiyə ilə anlaşmalarını pozmasına da diqqət çəkib:

“Pul ödədiyimiz halda F-16-lar verilməzkən, Yunanıstana hələ də F-16 və sursat göndərirlər. Amerika belə edir deyə, geri çəkilən deyilik. Qonşumuza baş çəkirik, oturub söhbət edirik. Bir-birimizin mənafeyinə xələl gətirəcək davranışlara yol verməsək, problem yoxdur. Yolumuza olduğu kimi davam edirik. Əlbəttə, fikir ayrılıqlarımız var, elə dərin məsələlər var ki, onları bir anda həll etmək mümkün deyil. Bununla belə, dərhal həll edə biləcəyimiz və əməkdaşlığın əsasını genişləndirəcək məsələlər də mövcuddur.

Yeni dövrə başlaya bilsək, verdiyimiz vədlərə əməl etsək və bu əlaqələri kənar təsirlərdən uzaq platformada inkişaf etdirə bilsək, əminəm ki, bundan faydalanacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər