4 Dekabr 2023 23:42
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu məhvetmə və itki nisbətini artırmaq üçün “Şahid” PUA-larına (İran istehsalı) məqsədyönlü şəkildə termobarik döyüş başlıqları quraşdırır.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

“Şahid”lər əsasən Ukraynanın arxa cəbhəsində istifadə olunur, əksər hallarda bu kamikadze dronlarının qurbanları mülki şəxslərdir. Yəni “Şahid” silah deyil, terror vasitəsidir. Öz növbəsində, termobarik silahlar öz kateqoriyasında ən güclü qeyri-nüvə silahları hesab olunur”, - ekspert bildirib.

Onun sözlərinə görə, TOS-1A “Sontsepik” bütün çatışmazlıqlarına baxmayaraq, onun MO.1.01.04 M raketi öz kateqoriyasında ən güclü silahdır:

“Yəni, ruslar məqsədyönlü şəkildə belə təhlükəli döyüş başlıqlarını “Şəhid”lərin üzərinə yerləşdirirlər ki, dağıntı və itki artsın. Buna nə ad verirlər? Bəlkə BMT düzgün cavabda kömək edər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər