6 Dekabr 2023 08:00
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

KXDR Dövlət Şurasının sədri Kim Çen In V Ümumrespublika Analar Qurultayında hesabat oxunarkən ağlayıb.

Teleqraf.com xəbər verir ki, kadrlar Koreyanın Mərkəzi Televiziyasında nümayiş etdirilib.

Xəbərdə qurultayın ilk günündən - Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin katibi Li İl Hvanın çıxışını dinləyən Kim Çen Inın ağlamağa başladığı video göstərilib. Liderin həmin andakı siması iri planda göstərilib.

Şimali Koreya liderinin emosional reaksiyasına səbəb olan şey naməlum olaraq qalır, lakin bu, anaların övladlarının gələcəyi üçün fədakarlığa hazırlığından bəhs edən hesabat oxunarkən baş verib.

Qeyd edək ki, ölkənin Müdafiə Nazirliyi KXDR-in öz peyklərinin işinə xaricdən müdaxiləni müharibə kimi qiymətləndirəcəyi barədə xəbərdarlıq edib. Nazirlik bildirib ki, ABŞ Kosmik Qüvvələrinin rəsmisi Şimali Koreyanın bu yaxınlarda buraxılmış casus peykinə mümkün hücumlara eyham vurub. Belə təhdidlərin kim tərəfindən edildiyi açıqlanmır.

ABŞ rəsmilərindən buna şərhlər olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər