BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq niyyəti barədə birgə bəyanatını alqışlayır və bunun uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcəyinə ümid bəsləyir.
Teleqraf.com xəbər verir ki, bunu BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.
“Baş katib Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır”, - deyə o bildirib.
“BMT tərəfləri bu sazişdən qarşılıqlı etimadı inkişaf etdirmək, xalqlarının və regionun rifahı naminə uzunmüddətli sülhü təmin etmək üçün istifadə etməyə təşviq edir”- Düjarrik vurğulayıb.