21 Yanvar 2015 01:06
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ilə Rusiya arasında davam edən elan olunmamış müharibə artıq tranzit, nəqliyyat və məişət müstəvisinə də sirayət edib. Rusiyanın ərzaq məhsulları ilə bağlı Ukraynaya tətbiq etdiyi qadağanın cavabı özünü çox gözləməyib.

Rəsmi Kiyev çox maraqlı və bir qədər kurioz xarakterli addım atıb. Belə ki, Ukrayna ərazisi üzərindən Türkiyədən Rusiyaya yumurta tranziti qadağan edilib.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən məlumatına görə, bu barədə Rusiya Kənd Təsərrüfatına Dövlət Nəzarəti Xidmətinin (Rosselxoznadzor) rəsmi saytında informasiya yerləşdirilib.

“Ukrayna Dövlət Baytarlıq və Fitosanitar Xidmətindən bizə verilən məlumata görə, Ukrayna ərazisi üzərindən Türkiyədən Rusiyaya yumurtanın tranzitinə icazə verilmir”, deyə qurumun məlumatında qeyd olunur.

Rosselxoznadzor qeyd olunan məhsulun Rusiyaya tədarükü zamanı digər marşrutlardan istifadə etməyi tövsiyə edir.


Müəllif: