12 Dekabr 2023 20:13
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin yanvarından ABŞ Konqresi bu məqsədlər üçün əlavə büdcə ayırmalarını təsdiqləməkdən imtina edərsə, ABŞ administrasiyası Ukraynaya yeni silah paketləri göndərmək imkanını itirəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Vaşinqtonda "The Wall Street Journal"ın təşkil etdiyi forumda deyib.

Onun sözlərinə görə, qanunvericilər Prezident Cozef Baydenin tələb etdiyi vəsaitləri təsdiqləməsələr, dekabrın sonunda ABŞ Ukraynaya silah sistemləri göndərmək üçün artıq resurs toplaya bilməyəcək: “Beləliklə, yanvar ayından etibarən bizim artıq Ukraynaya silah göndərmək və sonra öz ehtiyatlarımızı artırmaq üçün vəsaitimiz olmayacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər