13 Dekabr 2023 22:19
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Baş naziri Donald Tusk Polşanın beş xüsusi xidmət orqanının hər birinin rəhbərlərinin işdən çıxarılmasına göstəriş verib.

Teleqraf.com xəbər verir ki, söhbət kəşfiyyat idarəsinin, daxili təhlükəsizlik agentliyinin, mərkəzi antikorrupsiya bürosunun, eləcə də iki hərbi qurumun - hərbi kəşfiyyat və hərbi əks-kəşfiyyatın xidmətlərinin rəhbərlərindən gedir.

Tuskun bu qərarını parlamentin kəşfiyyat xidmətləri üzrə komissiyası dəstəkləyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Polşa Prezidenti Anjey Duda Tuskun andiçməsini qəbul edib. Onun ardınca yeni hökumətin nazirləri də and içib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər